Azərbaycan Türkiyədən elektrik və elektronika məhsullarının idxalına çəkdiyi xərci 28 % azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 67,719 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrün göstəricisi ilə müqayisədə 28,1 % azdır.

Təkcə aprel ayında Türkiyə Azərbaycana 14,864 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 15,3 % azdır.

4 ayda Türkiyənin ümumi elektrik və elektronika məhsulları ixracının dəyəri illik müqayisədə 0,8 % azalaraq 5,161 milyard ABŞ dollarına, aprel ayında isə 1,3 % azalaraq 1,2 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər