Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 189,434 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % azdır.
Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 22,586 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 31,1 % çoxdur.
10 ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 2,8 % artaraq 13,756 milyard ABŞ dollarına, oktyabr ayında isə 10,2 % artaraq 1,553 milyard ABŞ dollarına çatıb.