Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 31,391 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % azdır.
Təkcə fevralda isə Türkiyə Azərbaycana 13,812 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 17,5 % azdır.
2 ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 1,1 % artaraq 2,521 milyard ABŞ dollarına, fevral ayında isə 0,8 % artaraq 1,296 milyard ABŞ dollarına çatıb.