Azərbaycan Türkiyədən elektrik mallarının idxal xərclərini 42% artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 103,337 milyon ABŞ dolları dəyərində elektrik və elektronika idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42 % çoxdur.

Təkcə bu ilin iyun ayında isə Türkiyə Azərbaycana 16,129 milyon ABŞ dollarlıq elektrik və elektronika ixrac edib ki, bu da, illik müqayisədə 11,1 % çoxdur.

Bu ilin ilk 6 ayında Türkiyənin ümumi elektrik və elektronika ixracının dəyəri illik müqayisədə 6,9 % artaraq 7,344 milyard ABŞ dollarına, iyun ayında isə elektrik və elektronika ixracının dəyəri 4,2 % artaraq 1,359 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər