Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 10,836 milyon ABŞ dolları dəyərində dəri və dəri məmulatları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 % çoxdur.
Təkcə bu ilin iyun ayında isə Türkiyə Azərbaycana 1,746 milyon ABŞ dollarlıq dəri və dəri məmulatları ixrac edib ki, bu da, illik müqayisədə 39 % çoxdur.
Bu ilin ilk 6 ayında Türkiyənin ümumi dəri və dəri məmulatları ixracının dəyəri illik müqayisədə 23,5 % artaraq 0,979 milyard ABŞ dollarına, iyun ayında isə dəri və dəri məmulatları ixracının dəyəri 12,6 % artaraq 0,172 milyard ABŞ dollarına çatıb.