Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 17,697 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur.
Təkcə oktyabrda isə Türkiyə Azərbaycana 2,437 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 112,2 % və ya 2,1 dəfə çoxdur.
10 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,7 % azalaraq 1 milyard 621,893 milyon ABŞ dollarına, oktyabr ayında isə 19,8 % azalaraq 134,916 milyon ABŞ dollarına çatıb.