Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 2 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 129 % və ya 2,3 dəfə çoxdur.
Yanvarda Türkiyənin ümumi dəri və dəri məhsulları ixracının dəyəri illik müqayisədə 34,7 % artaraq 178,765 milyon ABŞ dollarına çatıb.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan Türkiyədən 19,712 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib ki, bu da, illik müqayisədə 29,5 % çox olub.