Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 9,464 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,9 % azdır.
Təkcə iyul ayında Türkiyə Azərbaycana 0,632 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 0,4 % çoxdur.
7 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 23,3 % azalaraq 888 milyon ABŞ dollarına enib, iyul ayında isə 3,3 % artaraq 138,848 milyon ABŞ dollarına çatıb.