Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 7,953 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,5 % azdır.
Təkcə may ayında Türkiyə Azərbaycana 2,058 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 19,5 % çoxdur.
5 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 24,6 % azalaraq 652 milyon ABŞ dollarına, may ayında isə 8,3 % azalaraq 137 milyon ABŞ dollarına düşüb.