Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 13,766 milyon ABŞ dolları dəyərində dəri və dəri məmulatları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,1 % çoxdur.
Təkcə bu ilin avqust ayında Türkiyə Azərbaycana 1,986 milyon ABŞ dollarlıq dəri və dəri məmulatları ixrac edib ki, bu da, illik müqayisədə 31,9 % çoxdur.
Bu ilin ilk 8 ayında Türkiyənin ümumi dəri və dəri məmulatları ixracının dəyəri illik müqayisədə 21,1 % artaraq 1,324 milyard ABŞ dollarına, avqust ayında isə - 21,9 % artaraq 0,191 milyard ABŞ dollarına çatıb.