2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana 9 milyon 294 min ABŞ dolları dəyərində dekorativ bitkilər ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 21,8 % çoxdur.
Həmçinin cari ilin oktyabr ayında Türkiyədən ölkəmizə 410 min ABŞ dolları dəyərində dekorativ bitkilər gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 41,5 % azalma deməkdir.