Bu ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana 7 milyon 9 min ABŞ dolları dəyərində dekorativ bitkilər ixrac olunub.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 11,3 % çoxdur.
Həmçinin cari ilin aprel ayında Türkiyədən ölkəmizə 943 min ABŞ dolları dəyərin dekorativ bitkilər gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 25,2 % azdır.