Bu ilin I rübündə Azərbaycana 48,074 milyon ABŞ dolları dəyərində 211 min 967 ton buğda idxal edilib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 56 %, kəmiyyət olaraq – 40 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 48,070 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % azdır) 211 min 960 ton (-10 %) və Türkiyədən 3,99 min ABŞ dolları dəyərində 6,31 ton buğda alıb.
Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Türkiyədən buğda idxalını bərpa edib.
2023-cü ildə Azərbaycana 2 ölkədən (Rusiya və Qazaxıstan) idxal edilmiş 1 milyon 170 min 587 ton buğdanın 87 %-i Rusiyanın payına düşüb.