Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 96,863 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsullarını idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Təkcə bu ilin iyul ayında isə Türkiyə Azərbaycana 5,665 milyon ABŞ dollarlıq dəyərində avtomobil sənayesi məhsullarını ixrac edib ki, bu da, illik müqayisədə 6,8 % azdır.
Bu ilin ilk 7 ayında Türkiyənin ümumi dəyərində avtomobil sənayesi məhsullarının ixracının dəyəri illik müqayisədə 5,8 % artaraq 17,31 milyard ABŞ dollarına, iyul ayında isə - 3,5 % artaraq 2,051 milyard ABŞ dollarına çatıb.