Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 108,166 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsullarını idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,3% çoxdur.
Təkcə bu ilin avqust ayında isə Türkiyə Azərbaycana 11,304 milyon ABŞ dollarlıq dəyərində avtomobil sənayesi məhsullarını ixrac edib ki, bu da, illik müqayisədə 43,9 % azdır.
Bu ilin ilk 8 ayında Türkiyənin ümumi dəyərində avtomobil sənayesi məhsullarının ixracının dəyəri illik müqayisədə 4,2 % artaraq 19,576 milyard ABŞ dollarına, avqust ayında isə - 6,2 % azalaraq 2,269 milyard ABŞ dollarına çatıb.