Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 17 %-ə yaxın azaldıb

Ötən il Azərbaycan Türkiyədən 93,628 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 16,9 % azdır.

Təkcə dekabrda Türkiyə Azərbaycana 9,988 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 10,4 % azdır.

Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 6,3 % artaraq 37 milyard 212 milyon ABŞ dollarına, dekabrda isə 10 % artaraq 3,487 milyard ABŞ dollarına çatıb.

Digər xəbərlər