Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 42,289 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19 % azdır.
Təkcə iyunda Türkiyə Azərbaycana 5,944 milyon ABŞ dollarlıq avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 37,8 % azdır.
Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,3 % artaraq 17 milyard 701 milyon ABŞ dollarına, iyunda isə 12,4 % azalaraq 2,617 milyard ABŞ dollarına enib.