Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 58,217 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 % azdır.
Təkcə avqustda Türkiyə Azərbaycana 7,434 milyon ABŞ dollarlıq avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 28,7 % azdır.
Hesabat dövründə Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 3,4 % artaraq 23 milyard 531 milyon ABŞ dollarına çatıb, avqustda isə 0,4 % azalaraq 2,715 milyard ABŞ dollarına enib.