2022-ci ildə Azərbaycan Türkiyədən 131,727 milyon ABŞ dolları dəyərində dəmir və digər metallar idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 13,9 % çoxdur.
Təkcə ötən ilin dekabr ayında Türkiyə Azərbaycana 16,443 milyon ABŞ dollarlıq dəmir və digər metallar ixrac edib ki, bu da, illik müqayisədə 30,5 % çoxdur.
Ötən il Türkiyənin ümumi dəmir və digər metallar ixracının dəyəri illik müqayisədə 16,4 % artaraq 14,385 milyard ABŞ dollarına, dekabr ayında isə 10,5 % azalaraq 1,098 milyard ABŞ dollarına çatıb.