Bu ay Azərbaycan Rusiyanın Tümen vilayətindən 14 ton kəpək idxal edib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, məhsullar ixrac edilməmişdən əvvəl Federal Dövlət Büdcə Təşkilatının (ARRIAH) laboratoriyasında yoxlanılıb və karantin obyekti aşkarlanmayıb.