Azərbaycan Tayvan və Çexiyadan kassa aparatlarının alışını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 3,3 milyon ABŞ dolları dəyərində 19 min 456 ədəd kassa aparatı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq – 48 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % azdır) 19 min 95 ədəd (-48 %), Tayvandan 79 min ABŞ dolları dəyərində (+26 dəfə) 80 ədəd (+16 dəfə), Macarıstandan 57 min ABŞ dolları dəyərində (-76 %) 64 ədəd (-77 %), Malayziyadan 32 min ABŞ dolları dəyərində 24 ədəd (bir il əvvəl tədarük olmayıb), Çexiyadan 28 min ABŞ dolları dəyərində (+65 %) 21 ədəd (+11 dəfə) kassa aparatı alıb.

2022-ci ildə Azərbaycana (12 ölkədən) idxal edilmiş 64 min ədəd kassa aparatının 98,2 %-i Çinin payına düşüb.

Digər xəbərlər