Azərbaycan Tailanddan kətan yağının tədarükünü bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 17 min ABŞ dolları dəyərində 3,2 ton kətan yağı idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 30 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 15,7 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % azdır) 3,1 ton (-30 %), Almaniyadan 0,81 min ABŞ dolları dəyərində (-2 %) 0,08 ton (dəyişməyib), İtaliyadan 0,19 min ABŞ dolları dəyərində (-60 %) 0,01 ton (-67 %), Türkiyədən 0,31 min ABŞ dolları dəyərində (+31 dəfə) 0,02 ton (+2 dəfə), Tailanddan 0,02 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb.

Azərbaycan 2 il 5 aylıq fasilənin ardından Tailanddan kətan yağının tədarükünü bərpa edib.

Digər xəbərlər