Bu ilin I rübündə Azərbaycan Rusiyanın Sverdlovsk vilayətindən 23,3 ton dondurulmuş mintay balığı idxal edib.
"Report"un məlumatına görə, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, rüb ərzində qurumun yerli idarəsi ixrac üçün nəzərdə tutulmuş 58,5 ton balıq məhsullarına nəzarət edib. Məhsulların qalan hissəsi - 5,2 ton hazırlanmış hisə verilmiş və qurudulmuş balıq isə Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilib.