Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyanın Stavropol diyarından 2,2 min ton quş əti idxal edib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən təxminən 60 % çoxdur.
9 ayda Stavropoldan 157 milyon ABŞ dolları dəyərində 61 min tondan çox quş əti ixrac edilib ki, bu da illik müqayisədə müvafiq olaraq 63 % və 4 % çoxdur.
Hesabat dövründə bölgədən quş ətinin əsas idxalçıları Səudiyyə Ərəbistanı (24,2 min ton), Çin (17,6 min ton) və Birləşmiş Ərəb Əmirlikləri (6 min ton) olub.