Bu ilin əvvəlindən Azərbaycandan Rusiyanın Stavropol diyarına 147,8 ton fındıq ixrac edilib.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 58,3 % və yaxud 54,4 ton çoxdur.
Azərbaycandan göndərilən məhsulları "Rosselxoznadzor"un Şimali Qafqaz Regionlararası İdarəsi yoxlayıb və idxalına icazə verib.