2022-ci ildə Rusiyanın Stavropol vilayətindən 425 milyon litrdən çox mineral su istehsal edilib ki, bu da bölgəni qonşu ölkədə liderə çevirib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, mineral su istehsalı ilə 34 müəssisə məşğul olub və ümumilikdə 30 çeşiddə məhsul istehsal olunub.
Ötən il bölgədən mineral su və sərinləşdirici içki ixracının dəyəri 11 milyon ABŞ dolarını keçib. Məhsullar dünyanın 23 ölkəsinə ixrac edilib. Əsas alıcılar Belarus, Monqolustan, Qazaxıstan, Azərbaycan, Türkmənistan və Çin olub.