Şri-Lankanın “My Cola Beverages Limited” şirkəti bu ilin sonuna qədər Azərbaycana və Körfəz ölkələrinə spirtsiz “Cola Ginger” pivəsi ixrac edəcək.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Şirkət gələn ildən isə məhsullarını Avropa bazarına çıxarmağı planlaşdırır.
"Əsas ticarət markalarımız “My Cola”, “My Orange”, “My Cream”, “My Soda”, flaqman brendlərimiz isə “My Orange” və “My Beery”dir” - deyə “My Cola Beverages Limited”in icraçı direktoru Şarm Fernando bildirib.
Xatırladaq ki, Şri-Lanka şirkəti 1994-cü ildən fəaliyyət göstərir.