Bu ilin yanvar-may alarında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Bryansk, Smolensk və Kaluqa vilayətləri üzrə idarəsinin nəzarəti altında, Smolensk vilayətinin müəssisələrindən xarici ölkələrə təxminən 1,4 min ton heyvan mənşəli məhsul ixrac edilib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% çoxdur.
Hesabat dövründə Özbəkistan, Çexiya və Polşaya 1 190 ton yem və yem əlavələri, Azərbaycan, Özbəkistan və ABŞ-a 164 tona yaxın qatılaşdırılmış süd, Gürcüstana isə 44 tona yaxın balıq və balıq məhsulları göndərilib.