"Balacans Agro Food" MMC nizamnamə kapitalını 500 min manat və yaxud 5,2% azaldaraq 9,567 milyon manatdan 9,067 milyon manata endirdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, "Balacans Agro Food" 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Abdulqədir Əli oğlu Ansuxskiydir.