Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb

Bakı. 22 may. REPORT. AZ/Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyasının növbəti iclası bu ilin sentyabr ayında Serbiyada baş tutacaq.

" Report " xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Serbiya işgüzar görüşdə bildirib.

Onun sözlərinə görə, iclas çərçivəsində biznes forum da keçiriləcək.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34