Azərbaycan şaftalı ixracından gəlirini 57 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 45 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin 8 ayı ilə müqayisədə 16,3 milyon ABŞ dolları və yaxud 56,8 % çoxdur.

Təkcə avqustda isə Azərbaycan 17,4 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib. Bu, 1 il əvvələ nisbətən 5,1 milyon ABŞ dolları və yaxud 41,5 % çoxdur.

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracının dəyəri 24,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çox - 2,2 milyard ABŞ dolları təşkil edib.

Digər xəbərlər