Bu ilin yanvar-iyun aylarında Azərbaycan Rusiyaya 596,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çoxdur.
Hesabat dövründə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1 il əvvələ nisbətən 22,1 % artaraq 350,75 milyon ABŞ dolları, Gürcüstan istiqamətində 80,8 % artaraq 279,8 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 41,2 % artaraq 213,9 milyon ABŞ dolları olub.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.