2022-ci ildə Azərbaycan Rusiyaya 29,2 min ton gilas ixrac edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu, 2021-ci illə müqayisədə 50 % çoxdur.
Bundan başqa, ötən il Rusiya Türkiyədən 24,3 min ton (7% çox), Özbəkistandan 12,4 min ton (50 % çox), Moldovadan isə 9,8 min ton (37% çox) gilas idxal edib.
Hesabat dövründə Rusiyanın əsas çiyələk tədarükçüləri isə Türkiyə (28,2 min ton; 93 % çox), Azərbaycan (9,8 min ton; 2 dəfə çox), Belarus (8,25 min ton; 60 % çox) və Serbiya (5 min ton; 74 % çox) olub.