Azərbaycan Rusiyanın Stavropol vilayətindən heyvan yemi idxal edib

Bu ay Rusiyanın Stavropol vilayətindən Cənubi Qafqaz ölkələrinə təxminən 2 min ton heyvan yemi ixrac edilib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bunun 1,6 min tonu Azərbaycana göndərilib. İxraca Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") müsbət rəy verib. Mütəxəssislər göndərilən məhsulu hərtərəfli yoxlayıb və laboratoriya araşdırmalarının nəticələrinə görə, karantin obyektləri aşkar edilməyib.

Digər xəbərlər