Bu ilin I yarısında Azərbaycanın Rusiyanın 3-cü ən böyük araq istehsalçısı "Sibir Alkoqol Qrupu"ndan (ASG) araq tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 50 % çox olub.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, ASG son 1 ildə Azərbaycanla yanaşı, Qazaxıstan və Türkmənistana da araq satışını təxminən 50 % artırıb.
Hesabat dövründə şirkətin ümumi araq satışı isə 45 % və yaxud 18 min dekalitr artıb.
Xatırladaq ki, ASG 1993-cü ildə fəaliyyətə başlayıb. Şirkət Rusiyanın ən böyük spirtli içki istehsalçılarından biridir.