Ötən il Azərbaycana 164,6 milyon ABŞ dolları dəyərində 258 min 703 ton xam şəkər idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 20 % azdır.
Hesabat dövründə Azərbaycan Braziliyadan 155,22 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 % çoxdur) 244 min 524 ton (-11 %), Rusiyadan 9,31 milyon ABŞ dolları dəyərində (+6 843 dəfə) 14 min 132 ton (+11 679 dəfə), Kolumbiyadan 72,1 min ABŞ dolları dəyərində (+95 %) 38,49 ton (+52 %), Mavrikiyadan 14,81 min ABŞ dolları dəyərində (+7 %) 5,5 ton (-15 %), Almaniyadan 2,41 min ABŞ dolları dəyərində (-3 %) 0,75 ton (+5 dəfə) məhsul alıb.
2022-ci ildə Azərbaycana 11 ölkədən idxal edilən 322 min 294 ton xam şəkərin 84,7 %-i Braziliyanın payına düşüb.