Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 4 milyon ABŞ dolları dəyərində 692 ton tipoqrafiya boyası (qara və digər rənglər) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 9 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,4 % azdır) 236 ton (-25 %), Çindən 782 min ABŞ dolları dəyərində (+77 %) 165,22 ton (+9 %), Rusiyadan 679 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 127,4 ton (+2,4 dəfə), Almaniyadan 196 min ABŞ dolları dəyərində (+98 %) 30 ton (+95 %), Ukraynadan 233,3 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 50,8 ton (+53 %) məhsul alıb.
2022-ci ildə Azərbaycana (30 ölkədən) idxal edilmiş 962 ton tipoqrafiya boyasının 47 %-i Türkiyənin, 25,7 %-i Çinin, 12,9 %-i Rusiyanın payına düşüb.