Ötən il Azərbaycan 760,34 min ABŞ dolları dəyərində 496,12 ton naqqa balığı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 56 %, kəmiyyət olaraq – 54 % azdır.
Hesabat dövründə Azərbaycan Vyetnamdan 758,24 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 56 % azdır) 495,32 ton (-54 %) və Rusiyadan 2,1 min ABŞ dolları dəyərində 0,8 ton balıq alıb.
Azərbaycan 3 il 5 aylıq fasilənin ardından Rusiyadan naqqa balığının tədarükünü bərpa edib.