2022-ci ildə Azərbaycanın Rusiyadan 0,6 milyon kub metr mişarlanmış taxta idxal edib ki, bu da, 2021-ci ilə nisbətən 25% azdır.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Hesabat dövründə Rusiyanın ümumi mişarlanmış taxta ixracı illik müqayisədə 20,8% azalaraq 23,328 milyon kubmetrə düşüb. Məhsullar 89 ölkəyə göndərilib.
Ötən il Rusiyadan ən çox mişarlanmış taxtanı Çin (13,087 milyon kubmetr; 7 % az) idxal edib. Onu Özbəksitan (1,9 milyon kubmetr; dəyişməyib), Qazaxıstan (0,762 milyon kubmetr; 6,5 % az) və Azərbaycan izləyib.