Azərbaycan Rusiyadan mal-qara alışını 5 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycan Rusiyadan ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çox - 53,9 min baş mal-qara alıb.

“Report” barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Azərbaycan Rusiyadan mal-qara idxal edən əsas ölkələrdən biri olub və 6 aylıq idxalın 31 %-nə nəzarət edib.

Yanvar-iyun aylarında Rusiya 174,4 min baş mal-qara ixrac edib. Bu, qonşu ölkənin demək olar ki, 2022-ci ildəki ixracı qədərdir.

Digər xəbərlər