Bu ilin iyul-dekabr aylarında Rusiyanın buğda ixracının həcmi təxminən 22 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17% azdır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin ən böyük dəmir yolu şirkəti “Rusagrotrans” məlumat yayıb.
Məlumata görə, ixracın 4,3 milyon tonu Türkiyəyə, 4 milyon tonu İrana, 3,4 milyon tonu Misirə, 0,8 milyon tonu Səudiyyə Ərəbistanına, 0,7 milyon tonu isə Azərbaycana yönəldilib.
Statistik göstəricilər 2021-2022-ci illər üzrə kənd təsərrüfatı mövsümünün I yarısını əhatə edir.