“Səba” ASC-yə məxsus "Səba Orqanik Gübrə" MMC ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 1 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Səba Orqanik Gübrə" 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 960 min manatdır.