Bakı. 15 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycana 63 660 ABŞ dolları dəyərində adi və gündən qoruyucu çətir, çəlik, çəlik-oturacaq, qırmanc, minik atları üçün qamçı və onların hissələri idxal edilib.
“Report”a Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 730 dollar və yaxud 15,9% çoxdur.
Hesabat dövründə Azərbaycandan həmin məhsulların ixrac dəyəri isə 210 dollar təşkil edib. Bu da 1 il əvvələ nisbətən 420 dollar yaxud 3 dəfə azdır.