Azərbaycan Qırğızıstandan qoz alışını kəskin artırıb

Bu ilin I rübündə Azərbaycan xaricdən 8,2 milyon ABŞ dolları dəyərində 2 min 220 ton yunan qozu alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 77 %, kəmiyyət olaraq – 27 % çoxdur.

Hesabat dövründə Azərbaycana Ukraynadan 7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 dəfə çoxdur) 1 min 851 ton (+3 dəfə), Qırğızıstandan 665 min ABŞ dolları dəyərində (+64 %) 171 ton (+2 dəfə), Moldovadan 150 min ABŞ dolları dəyərində 45 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 158 min ABŞ dolları dəyərində (+26 %) 42,5 ton (+10 %), Amerika Birləşmiş Ştatlarından 96 min ABŞ dolları dəyərində (-71 %) 40,1 ton (-60 %) məhsul gətirilib.

2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 5 min ton qozun 55 %-i Ukraynanın payına düşüb.

Digər xəbərlər