Azərbaycan Qazaxıstandan mərci alışını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrdən 3,2 milyon ABŞ dolları dəyərində 3 min 634 ton mərci idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,6 % çoxdur, kəmiyyət olaraq – 22 % azdır.

Hesabat dövründə Azərbaycan Qazaxıstandan 1,84 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 95 % çoxdur) 2 min 207 ton (+2 dəfə), Rusiyadan 812,51 min ABŞ dolları dəyərində (-56 %) 852 ton (-74 %), Qırğızıstandan 478 min ABŞ dolları dəyərində (+92 %) 540 ton (2 dəfə), Türkiyədən 30,7 min ABŞ dolları dəyərində (+94 %) 27,2 ton (+2,1 dəfə), Kanadadan 7,52 min ABŞ dolları dəyərində (-80 %) 6 ton (-79 %) mərci alıb.

2023-cü ildə Azərbaycana 7 ölkədən idxal edilmiş 7 min 774 ton mərcinin 66,3 %-i Rusiyanın, 26 %-i Qazaxıstanın payına düşüb.

Digər xəbərlər