Ötən il Azərbaycana 55,7 milyon ABŞ dolları dəyərində 14 milyon 783 min kvadratmetr ağaclifli plitələr (MDF) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 32 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 36,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % çoxdur) 10 milyon 855 min kvadratmetr (+37 %), Türkiyədən 8,9 milyon ABŞ dolları dəyərində (+21 %) 1 milyon 184 min kvadratmetr (+8,4 %), Belarusdan 8,1 milyon ABŞ dolları dəyərində (+6 %) 2 milyon 341 min kvadratmetr (+47 %), İrandan 875 min ABŞ dolları dəyərində (-16 %) 264 min kvadratmetr (-38 %), Çindən 798 min ABŞ dolları dəyərində (+2 %) 101 min kvadratmetr (+3,1 %) material alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstandan (0,22 min ABŞ dolları dəyərində 0,03 min kvadratmetr) tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycana 12 ölkədən idxal edilmiş 11 milyon 223 min kvadratmetr MDF-nin 71 %-i Rusiyanın, 14,2 %-i Belarusun, 9,7 %-i Türkiyənin payına düşüb.