Azərbaycan Portuqaliyadan suxarı tədarük etməyə başlayıb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 1 milyon ABŞ dolları dəyərində 554 ton suxarı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 3 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 401,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % azdır) 208,6 ton (-18 %), Türkiyədən 321,2 min ABŞ dolları dəyərində (-5 %) 78,2 ton (-33 %), İrandan 197 min ABŞ dolları dəyərində (+2 dəfə) 235 ton (+2,1 dəfə), Ukraynadan 67,6 min ABŞ dolları dəyərində (-28 %) 26,2 ton (-35 %), İtaliyadan 8,7 min ABŞ dolları dəyərində (+36 %) 1 ton (+5,4 %) məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Portuqaliyadan (0,4 min ABŞ dolları dəyərində 0,1 ton) tədarük həyata keçirilib.

Digər xəbərlər