Azərbaycan pomidor ixracından gəlirini 2 dəfə artırıb

Bu ilin yanvar ayında Azərbaycan 13,7 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 98,6 % və yaxud təxminən 2 dəfə çoxdur.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51