Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 4,835 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 % azdır.
11 ay ərzində Azərbaycanın pambıq ixracının dəyəri isə 245,623 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 87,6 % çoxdur.
Hesabat dövründə pambq üzrə idxal Azərbaycanın ümumi idxalının 0,05 %-ni, ixrac isə ümumi ixracın 1,2%-ni təşkil edib.