Azərbaycan 2021-ci ildə Türkiyənin Ərzurum bölgəsindən 2,4 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
“Report” xarici mətbuata istinadən xəbər verrir ki, bu, 2020-ci illə müqayisədə 21,3% azdır.
Azərbaycana ixrac Ərzurumun ümumi ixracının 8,8%-ni təşkil edib.
Hesabat dövründə bölgədən ən çox ixrac 6,5 milyon dollar dəyərində olmaqla Gürcüstana həyata keçirilib. Onu, 3,4 milyon dollarla İran, 2,7 milyon dollarla Niderland, 2,5 milyon dollarla Kamerun izləyib.
Bu dövrdə Ərzurumun ümumi ixracında Gürcüstanın payı 22,9%, İranın payı 12%, İraqın payı 9,82%, Niderlandın payı 9,7%, Kamerunun payı isə 9,1% olub.
Ötən il bölgədən ümumilikdə 47 ölkəyə ixrac həyata keçirilib. Bunlardan 17-nə ixrac əvvəlki ilə nistətən artıb, 20 ölkəyə ixrac azalıb, qalan 10 ölkə ilə ticarət isə demək olar ki, dəyişməyib.